Bakı.Trend:
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Qırmızı dənizdə ABŞ helikopterinin qəzaya uğraması ilə bağlı iddiasını təkzib edib.
Bu barədə CENTCOM rəsmi "X" səhifəsində məlumat dərc olunub.
CENTCOM "X" sosial şəbəkəsindəki paylaşımında fövqəladə vəziyyət elan etdikdən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "MH-60R" helikopterinin vurulması ilə bağlı iddiaların yalan məlumat olduğunu bildirib.
Komandanlıq əlavə edib ki, “Yaxın Şərqdəki bütün hərbi təyyarələr və şəxsi heyət təhlükəsizdir və onların yeri müəyyən edilib”.
