Fransada məktəblilərin etiraz aksiyalarında 80 mindən çox insan iştirak edib

Dünya xəbərləri Xəbər 6 Oktyabr 2026 17:48 (UTC +04:00)
Fransada məktəblilərin etiraz aksiyalarında 80 mindən çox insan iştirak edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransada məktəblərdə keçirilən kütləvi etiraz aksiyalarında təxminən 86 min nəfər iştirak edib.

Bu barədə “Le Figaro” məlumat yayıb.

Etirazçılar liseylərdə qidalanmanın və dərslərin təşkilinin yaxşılaşdırılmasını, məktəblərin maliyyələşdirilməsinin artırılmasını, smartfonlardan istifadəyə icazə verilməsini və şagirdlərlə məktəb rəhbərliyi arasında açıq dialoqun qurulmasını tələb edirlər.

Hakimiyyətin məlumatına görə, etirazlar başlayandan bəri təxminən 200 yeniyetmə xəsarət alıb. Oktyabrın 1-də 1949 nəfər, oktyabrın 2-də isə daha 600 nəfər saxlanılıb.

Yuxarı sinif şagirdlərinin etiraz aksiyaları sentyabrın 17-də paytaxt regionu İle-de-Fransda başlayıb və sonradan ölkəyə yayılıb. Aksiya iştirakçıları həddindən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.

Bəzi yerlərdə aksiyalar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Etirazların radikallaşması fonunda milli təhsil naziri Eduar Jefre bəzi təhsil müəssisələrində dərslərin distant formata keçirildiyini açıqlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti