Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron ölkədə məktəblilər və işçilərin davam edən kütləvi etirazları fonunda oktyabrın 6-da axşam Yelisey sarayında nazirlərlə görüş keçirəcək.
Bu barədə prezidentə yaxın mənbələr BFMTV telekanalına məlumat veriblər.
Görüşdə Baş nazir Sebastyan Lekornü, daxili işlər naziri Loran Nunyes və milli təhsil naziri Eduar Jeffre də iştirak edəcəklər.
Fransanın Daxili İşlər Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, ölkə üzrə keçirilən etiraz aksiyalarına ümumilikdə 256 min nəfər qatılıb. Onlardan 56 min nəfəri Parisdə nümayişlərdə iştirak edib.
Etiraz aksiyalarına yuxarı sinif şagirdləri ilə yanaşı,
valideynlər, müəllimlər, universitet tələbələri və həmkarlar
ittifaqlarının nümayəndələri də qoşulublar.