İtaliyada Azərbaycanın qədim qayaüstü sənət irsi tanıdılıb (FOTO)

Siyasət Xəbər 6 Oktyabr 2026 21:14 (UTC +04:00)
İtaliyada Azərbaycanın qədim qayaüstü sənət irsi tanıdılıb (FOTO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyada Azərbaycanın qədim qayaüstü sənət irsi tanıdılıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, İtaliyanın Kassine şəhərində “Bəşəriyyətin ilk sənətinin yenidən kəşfi” mövzusunda beynəlxalq seminar keçirilib.

Seminar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun və Kassine şəhərinin meriyasının texniki dəstəyi, “SEN1SEN” beyin mərkəzi və “Palazzo Mandrilli” Qalereyasının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət qurumlarının rəhbər şəxsləri, Avropanın aparıcı alimləri, beynəlxalq ekspertlər, muzey direktorları, arxeoloqlar və qayaüstü sənət irsinin öyrənilməsi, qorunması və idarə olunması sahəsində ixtisaslaşan mütəxəssislər iştirak ediblər.

Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına təklif etdiyi Gəmiqaya qayaüstü təsvirlər kompleksinin beynəlxalq elmi və praktiki auditoriyaya tanıdılması tədbirin əsas məqsədlərindən biri olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi, professor Məlahət Fərəcovanın rəhbərliyi ilə hazırlanan “Minilliklərdən gələn mesajlar: Qobustan petroqlifləri” adlı sərgidə Qobustanın qədim qayaüstü təsvirləri, onların tarix və mədəni əhəmiyyəti, eləcə də Azərbaycanın zəngin qayaüstü sənət irsi beynəlxalq auditoriyaya təqdim edilib.

Çıxış edən alim və ekspertlər qayaüstü sənətin bəşər tarixindəki rolu, bu sahədə aparılan müasir elmi tədqiqatlar və əldə olunan yeni nəticələr barədə fikirlərini bölüşüblər. Daha sonra qayaüstü sənət sahəsində gələcək əməkdaşlıq və inkişaf istiqamətlərini müəyyənləşdirən beynəlxalq əməkdaşlıq memorandumu imzalanıb.

Seminar Azərbaycanın qayaüstü sənət irsinin müasir rəqəmsal imkanlardan istifadə etməklə daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyətli olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti