İsveç ilin sonuna kimi Polşaya "Patriot" ZR kompleksləri göndərəcək

Dünya xəbərləri Xəbər 6 Oktyabr 2026 18:56 (UTC +04:00)
İsveç ilin sonuna kimi Polşaya "Patriot" ZR kompleksləri göndərəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsveç Polşanın şərq hissəsinə “Patriot” zenir-raket bölməsi göndərəcək. Zenit-raket kompleksləri və təxminən 100 zabit və hərbçidən ibarət bölmənin vəzifəsi hərbi bazanın mühafizəsini təmin etmək olacaq.

Bu barədə SVT telekanalı məlumat yayıb.

“Hərbi Hava Hücumlarından Müdafiə Alayının rəisi Sofiya Vestermark bildirib ki, bu, İsveçin NATO müttəfiqi kimi indiyədək həyata keçirdiyi ən mürəkkəb əməliyyatdır:

“Təhdid həm qurudan, həm də havadan mövcuddur və NATO müttəfiqi kimi biz pilotsuz uçuş aparatlarından və raketlərdən müdafiə məqsədilə hava hücumundan müdafiə sistemindən istifadə etməklə bu əməliyyatda iştirak edirik”.

Əməliyyat dekabrın 1-də başlayacaq və yeddi aya qədər davam edə bilər. Bölmə Polşanın Jeşuv şəhərində Ukraynaya dəstək məqsədilə fəaliyyət göstərən NATO-nun logistika mərkəzini qoruyacaq. Hazırda bu vəzifəni Niderland hərbçiləri yerinə yetirir.

Mərkəzdən hər ay təxminən 18 min ton material keçir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti