Bakı. Trend:
Avqustun 22-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, temperatur 37 dərəcəyədək yüksəlib
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd
edilib.
Bildirilib ki, avqustun 21-də şimal-qərb küləyi əsib, küləyin
maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Culfada 19,
Şahbuzda 16 m/s-yə çatıb.
"Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33,
Naxçıvan MR-da 34, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 24
dərəcəyədək isti müşahidə olunub", - deyə məlumatda bildirilib.
