Bakı. Trend:
Avqustun 22-nə keçən gecə Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhərində "Ozon" marketpleysinin logistika mərkəzinə zərbə endirib.
Pilotsuz uçuş aparatlarının kompleksin ərazisinə düşməsindən sonra genişmiqyaslı yanğın baş verib. Obyektin üzərində sıx tüstü sütunu yüksəlib.
Mərkəz "Ozon"un Volqaboyu regionundakı ən böyük anbar komplekslərindən biridir. Onun sahəsi 135 min kvadratmetrdir, tikintiyə yatırılan investisiyaların həcmi isə təxminən 5 milyard rubl dəyərində qiymətləndirilirdi.
"Ozon" Rusiyanın "Wildberries"dən sonra ikinci ən böyük marketpleysidir. Obyektdə baş verən yanğının görüntüləri artıq internet şəbəkəsində yayılıb.
