Bakı. Trend:
Zimbabvenin şimalında bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97-yə yüksəlib.
Bu barədə polis "X" sosial şəbəkəsində məlumat yayıb.
Hökumət nümayəndəsi Monika Mutsvanqvanın bildirdiyinə görə, 90 nəfər üçün nəzərdə tutulan bərə avqustun 11-də Zambezi çayı üzərindəki Kariba su anbarında təxminən 180 nəfəri daşıyırdı.
Daha əvvəl 93 nəfərin öldüyü və 77 nəfərin xilas edildiyi bildirilmişdi. Bir neçə nəfərin itkin düşdüyü qeyd olunub.
Kariba su anbarında axtarış-xilasetmə işləri davam etdirilir.