Belçika müstəmləkəçiliyinə görə təzminatlar yalnız maliyyə kompensasiyası ilə məhdudlaşmamalıdır – Abbas Abbasov

Siyasət Materials 21 Avqust 2026 10:08 (UTC +04:00)
Belçika müstəmləkəçiliyinə görə təzminatlar yalnız maliyyə kompensasiyası ilə məhdudlaşmamalıdır – Abbas Abbasov
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Konqoda, Ruandada və Burundidə Belçikanın müstəmləkə siyasətinin nəticələrinə görə ödəniləcək təzminatlar yalnız vurulmuş zərərin kompensasiyasına deyil, həm də müstəmləkəçiliyin uzunmüddətli nəticələrinin aradan qaldırılmasına yönəlməlidir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin 101 ili ədalətsizlik və reparasiyalar uğrunda mübarizə” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, reparasiyalar yalnız müstəmləkə siyasətinin səbəb olduğu əzab və itkilərə görə maliyyə kompensasiyası ilə məhdudlaşmamalıdır. Bu ödənişlər həm də müstəmləkəçiliyin uzunmüddətli təsirlərinin aradan qaldırılmasına və bu ölkələrə hələ də təsir göstərən problemlərin həllinə yönəldilməlidir.

A.Abbasovun fikrincə, bu cür reparasiyalar Konqo, Ruanda və Burundi xalqlarına müstəmləkə keçmişinin nəticələrini aradan qaldırmağa və daha güclü, inkişaf etmiş dövlətlərin qurulması üçün şərait yaratmağa kömək edə bilər.

“XX əsrdə Konqoda, Ruandada və Burundidə Belçikanın müstəmləkə siyasəti nəticəsində həlak olan insanların həyatını heç bir kompensasiya və ya reparasiya geri qaytara bilməz”, – deyə o bildirib.

Qeyd olunub ki, reparasiyaların ən mühüm nəticəsi bu ölkələrin ləyaqətlə irəliləməsinə, dünya dövlətləri ilə bərabər səviyyədə daha yaxşı gələcək qurmasına imkan verən şəraitin yaradılması olmalıdır.

“Bu gün konfransda biz müstəmləkə reparasiyalarının təmin olunması üzrə yol xəritəsinin yekun hissəsini müzakirə etmək imkanı əldə edəcəyik. Bu sənəd bugünkü tədbirin mühüm nəticələrindən birinə çevrilə bilər”, – deyə A.Abbasov əlavə edib.

Xəbər lenti

Xəbər lenti