Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib (YENİLƏNİB)

İqtisadiyyat Xəbər 19 Avqust 2026 17:35 (UTC +04:00)
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.

Bildirilib ki, 26 vaqondan ibarət, çəkisi 1 820 ton olan buğda 19 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

xxx

14:57

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.

Bildirilib ki, 26 vaqondan ibarət, çəkisi 1 820 ton olan buğda 19 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 43 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium , 1 114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti