Yelo Bank rəqəmsal investisiya
platforması olan Yelo Invest vasitəsilə yerli kapital bazarlarında
investorlar üçün geniş imkanlar təqdim edir. İstifadəçilər tətbiq
üzərindən ABŞ maliyyə bazarları ilə yanaşı, yerli bazara da tam
çıxış əldə edərək ölkənin aparıcı şirkətlərinin səhmlərini birbaşa
portfoliolarına əlavə edə bilərlər.
Xatırladaq ki, Yelo Invest vasitəsilə ABŞ-nin tanınmış dünya
brendlərinin real səhmlərini də heç bir say məhdudiyyəti olmadan,
həm tam, həm də hissəvi şəkildə əldə edərək həmin şirkətlərin
payçısına çevrilmək mümkündür. Sifarişləri Amerika fond birjasının
iş saatları (17:30–00:00), eləcə də “premarket” və “aftermarket”
rejimində yerləşdirmək olar.
Əməliyyatlar AZN və USD valyutalı Yelo kartları və ya Yelo
Bank-dakı aktiv cari hesabı vasitəsilə həyata keçirilir.
Platformanın rahat interfeysi isə portfeli idarə etməyi və gələn
dividendləri izləməyi maksimum sadələşdirir.
Xidmət haqqında daha ətraflı məlumat üçün keçid et: https://ylb.az/yelo-invest.
Qeyd edək ki, Yelo Invest xidməti “Unicapital İnvestisiya Şirkəti”
ASC (Lisenziya № 087910) vasitəsilə təqdim olunur.
Bank xidmətləri ilə bağlı əlavə suallarınız var? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az
hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo Invest ilə yerli şirkətlərin səhmlərinə yatırım etmək indi daha əlçatandır!