Yeniyetmələr sosial mediada niyə daha həssasdır? – Səhiyyə Nazirliyinin mütəxəssisindən açıqlama

Cəmiyyət Materials 19 Avqust 2026 15:53 (UTC +04:00)
Yeniyetmələr sosial mediada niyə daha həssasdır? – Səhiyyə Nazirliyinin mütəxəssisindən açıqlama
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Yeniyetməlik dövründə beyin inkişafını davam etdirir. Xüsusilə emosiyaların idarə olunması, düzgün qərarların verilməsi və özünə nəzarətlə bağlı mexanizmlər hələ tam formalaşmayıb.


Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova açıqlayıb.


Onun sözlərinə görə, yeniyetmələr başqalarının fikrinə, bəyənilməyə, “layk”lara və həmyaşıdları tərəfindən qəbul olunmağa böyüklərlə müqayisədə daha həssas yanaşa bilərlər:


“Amma mən “sosial media uşağın beynini korlayır” fikri ilə razı deyiləm. Burada məsələyə daha düzgün və kompleks yanaşmaq lazımdır. Sosial medianın təsiri yalnız istifadə müddətindən asılı deyil. Uşaq nə izləyir, kimlərlə ünsiyyət qurur, sosial mediadan hansı məqsədlə istifadə edir, bunun onun yuxusuna, dərslərinə, fiziki aktivliyinə və real münasibətlərinə necə təsir göstərməsi — bütün bunlar əhəmiyyətlidir”.


L.Bəşirova qeyd edib ki, sosial mediadan istifadə üçün ideal yaş məsələsində bütün uşaqlar üçün eyni rəqəmi müəyyənləşdirmək düzgün olmaz:


“Fikrimcə, uşağın yaşı ilə yanaşı, onun psixoloji və emosional hazırlığı da nəzərə alınmalıdır. Uşaq sosial mediada qarşılaşdığı mənfi şərhləri, təzyiqi və manipulyasiyanı dərk edə bilirmi? Özünü idarə edə bilirmi? Qarşılaşdığı problemlə bağlı valideynindən kömək istəyə bilirmi? Bunlar daha önəmli suallardır.


Yəni məsələ yalnız “uşağa sosial media verək, ya verməyək?” sualından ibarət deyil. Əsas məsələ uşağı rəqəmsal mühitə hazırlamaq, ona sosial mediadan təhlükəsiz və düzgün istifadə etməyi öyrətməkdir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti