Zelenski Mudranı vəzifəsindən azad edib

Dünya xəbərləri Materials 19 Avqust 2026 14:51 (UTC +04:00)
Zelenski Mudranı vəzifəsindən azad edib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Aparatı rəhbərinin müavini İrina Mudranı vəzifəsindən azad edib.

Bu barədə Ukrayna Prezidentinin 19 avqust tarixli 734/2026 nömrəli fərmanında bildirilib.

Fərmanda İrina Romanovna Mudranın Ukrayna Prezident Aparatı rəhbərinin müavini vəzifəsindən azad edildiyi qeyd olunub. Sənəddə onun vəzifədən azad edilməsinin səbəbi göstərilməyib.

Bundan əvvəl, avqustun 19-da Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Prokurorluqla (SAP) birgə bir sıra siyasi xadimlərin rəhbərlik etdiyi cinayətkar təşkilatın ifşası ilə bağlı xüsusi əməliyyat keçirildiyini açıqlayıb.

Bildirilib ki, təşkilat Ukraynanın hazırkı və keçmiş deputatlarının rəhbərliyi ilə fəaliyyət göstərib. Həmçinin Ukrayna Prezident Aparatının yüksək vəzifəli şəxsləri və bir sıra digər şəxslər də təşkilata cəlb olunub.

Xarici KİV-lərin məlumatına görə, iş üzrə adı hallanan şəxslər arasında Prezident Aparatı rəhbərinin müavini İrina Mudra, hazırkı deputat Vadim Stolar və keçmiş deputat Maksim Mikitaş da var.

NABU-nun məlumatında bildirilib ki, ifşa olunan şəxslər qrupu cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasını təşkil edib. Söhbət “Midas” işi üzrə cinayətkar təşkilatın iştirakçılarından birinin girov haqqının ödənilməsi üçün nominal şirkətlərin bir sıra hesabları vasitəsilə leqal dövriyyəyə daxil edilən 150 milyon qrivna nağd puldan gedir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti