Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

İdman Materials 18 Avqust 2026 18:39 (UTC +04:00)
Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Azərbaycanın 3 güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında yarımfinala yüksəlib.

Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, Yunan-Roma güləşində Ayxan Cavadov (60 kiloqram) 1/8 finalda fransalı Maqomed Varayevi 9:0, 1/4 finalda isə braziliyalı Pedro Enrike de Souza Rodriqesi 6:2 hesabı ilə məğlub edib. O, yarımfinalda iranlı Əmirəli Heydəri ilə qarşılaşacaq.

Elmin Əliyev (82 kiloqram) gürcüstanlı Luka Pipiya və yaponiyalı Rondo Kodamaya 8:0 hesabı ilə qalib gəlib. Təmsilçimiz 1/4 finalda özbəkistanlı Bekmurod Rustamovu ilk xal (1:1) prinsipinə əsasən üstələyib. İdmançı yarımfinalda belaruslu Kiril Valevski ilə üz-üzə gələcək.

Qadın güləşində isə Zəhra Kərimzadə (72 kiloqram) türkiyəli İlayda Çini “tuş”la məğlub edərək yarımfinala yüksəlib. O, final uğrunda hindistanlı Tanu Şarma ilə güləşəcək.

Esra Məmmədli (53 kiloqram) isə təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızına 1:7 hesabı ilə uduzub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti