Yevlaxda balıq tutmaq üçün kanala çıxan şəxs boğularaq ölüb

Hadisə Materials 18 Avqust 2026 09:40 (UTC +04:00)
Yevlaxda balıq tutmaq üçün kanala çıxan şəxs boğularaq ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Yevlax rayonunda 56 yaşlı kişi kanalda boğularaq ölüb.

Trend-in məlumatına görə, hadisə avqustun 17-də gecə saat 01:00 radələrində “Yuxarı Şirvan” kanalının Yevlax rayonunun Xanabad kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Yevlax rayonunun Qaramanlı kənd sakini, 1970-ci il təvəllüdlü Tofiq Qaçay oğlu Süleymanov balıq tutmaq məqsədilə qayıqla kanala çıxıb. Qayığın güclü su axını səbəbindən bənd istiqamətində hərəkət etdiyini görən T.Süleymanov özünü suya atıb və nəticədə boğularaq ölüb.

Onun meyiti kanalın Ağdaş rayonunun Şəkili kəndi ərazisindən keçən hissəsində aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti