Mərakeşdə ABŞ-İsrail istehsalı olan "Anthem" raketi sınaqdan keçirilib

Dünya xəbərləri Xəbər 17 Avqust 2026 23:49 (UTC +04:00)
Mərakeşdə ABŞ-İsrail istehsalı olan "Anthem" raketi sınaqdan keçirilib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Mərakeşin Tan-Tan şəhəri yaxınlığındakı hərbi poliqonda ABŞ və İsrailin birgə yaratdığı "Covenant Industries" startapı tərəfindən hazırlanan yeni "Anthem" uzaqmənzilli raketinin sınaqları keçirilib.

Bu barədə "Hespress" xəbər portalı məlumat yayıb.

Məlumata görə, "avqustun 6-da Tan-Tan bölgəsindəki poliqonda "Anthem" raketinin sınağı uğurla keçirilib".

"İlk döyüş atışlı təlimlərdə Afrika Çoxprofilli Təlim və Eksperimental Mərkəzinin imkanlarından istifadə olunub və təlimlərdə ABŞ ordusunun və Mərakeş Kral Silahlı Qüvvələrinin hərbçiləri iştirak ediblər", – deyə portal qeyd edib.

"Hespress"in məlumatına görə, "ABŞ-İsrail istehsalı olan yeni uzaqmənzilli raketin kommersiya istifadəsinə 2027-ci ilin əvvəlində başlanması gözlənilir". Yeni raket ABŞ-nin bahalı "Tomahawk" raketinə daha ucuz alternativ kimi nəzərdən keçirilir.

Ekspertlərin sözlərinə görə, "Anthem" raketi "uzun qanadları, xarici reaktiv mühərriki və ön optik sistemi ilə fərqlənir; ballistik raketlərdən fərqli olaraq, aşağı hündürlükdə və demək olar ki, düz trayektoriya üzrə uçur".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti