Hakainde Hiçilema ikinci müddətə Zambiya prezidenti seçilib

Dünya xəbərləri Materials 18 Avqust 2026 05:48 (UTC +04:00)
Hakainde Hiçilema ikinci müddətə Zambiya prezidenti seçilib

Bakı. Trend:

Zambiyada keçirilən prezident seçkilərində hazırkı prezident Hakainde Hiçilema yenidən qalib gəlib.

Bu barədə Zambiya Seçki Komissiyası çərşənbə axşamı səhər açıqlama verib.

Komissiya Zambiyanın paytaxtı Lusakadakı Milli Seçki Nəticələri Mərkəzində rəsmi nəticələri elan edərək, Hiçilemanın seçkinin qalibi olduğunu açıqlayıb.

Məlumata görə, 64 yaşlı Hiçilema etibarlı səslərin 50 faizindən çoxunu toplayıb. Bununla da o, Konstitusiyanın tələb etdiyi şərti yerinə yetirərək ikinci tur keçirilmədən seçkidə qəti qələbə qazanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti