Tovuzda avtomobil su kanalına aşıb, sürücü ölüb

Hadisə Materials 19 Avqust 2026 10:38 (UTC +04:00)
Tovuzda avtomobil su kanalına aşıb, sürücü ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə avqustun 18-də saat 01 radələrində rayonun Xatınlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, sürücülük hüququ olmayan Səid Həziyev idarə etdiyi “VAZ-2107” markalı avtomobilə nəzarəti itirib və nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində Səid Həziyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti