Bakı. Trend:
Tovuzda itkin düşən kişinin meyiti su kanalında tapılıb.
Trend-in məlumatına görə, 1987-ci il təvəllüdlü Arzu Müseyibovun meyiti rayonun Xatınlı kəndi ərazisindən keçən su kanalında aşkar edilib.
Belə ki, Arzu Müseyibov avqustun 17-dən itkin düşmüş hesab olunurdu.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
