Tramp Kim Çen Inın dialoq təklifinə cavab verdiyini bildirib

Dünya xəbərləri Materials 17 Avqust 2026 23:28 (UTC +04:00)
Tramp Kim Çen Inın dialoq təklifinə cavab verdiyini bildirib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

KXDR lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampın görüş keçirmək təklifinə cavab verib. Bu barədə Tramp özü Oval kabinetdə jurnalistlərə açıqlamasında bildirib. Yayım Ağ Evin YouTube kanalında canlı yayımlanıb.

Trampdan Şimali Koreya liderinin görüş təklifinə niyə cavab vermədiyi soruşulduqda, prezident belə deyib: “Onun cavab vermədiyini haradan bilirsiniz?” Kim Çen Inın cavab verib-vermədiyinə dair dəqiqləşdirici suala Tramp “Bəli, bəli” cavabını verib.

“Kim Çen In həmişə mənə böyük hörmətlə yanaşıb. Biz birlikdə vaxt keçirmişik. Mən onu başa düşürəm. O da məni başa düşür. O, heç kimi sevmirdi, amma mənim onunla çox yaxşı münasibətlərim var”, – deyə Tramp əlavə edib.

Avqustun 17-də Tramp Truth Social sosial şəbəkəsində ABŞ-ın müdafiə naziri Pit Heqsetə Cənubi Koreya ilə birgə hərbi təlimləri “əhəmiyyətli dərəcədə azaltmaq” barədə göstəriş verdiyini yazıb.

“Bu təlimlər təkcə baha başa gəlmir, çünki xərclərin böyük hissəsini (həmişə olduğu kimi!) Amerika Birləşmiş Ştatları ödəyir, həm də Donald C. Tramp prezident olduğu müddətdə heç bir təhdid göstərməyən və hörmətlə yanaşan bir ölkəyə tamamilə yersiz və düşməncəsinə siqnal göndərir”, – deyə o, KXDR-i nəzərdə tutaraq yazıb.

Tramp ABŞ-ın Şimali Koreya lideri Kim Çen Inla “çox yaxşı münasibətlərini nəzərə alaraq” Cənubi Koreya ilə birgə hərbi təlimlərdə iştirak etməyə çoxdan razılaşmasından narazılığını bildirib.

“Bunun məsələyə aidiyyəti olmasa da, bu yaxınlarda Cənubi Koreya prezidentindən İslam Respublikasının nüvəsizləşdirilməsi məsələsində bizə qoşulmaq istəyib-istəmədiklərini soruşdum və onlar ‘Xeyr, təşəkkür edirik!’ cavabını verdilər”, – deyə ABŞ prezidenti əlavə edib.

Xəbər lenti

Xəbər lenti