Filippində məktəbdə atışmada: 2 nəfər ölüb

Dünya xəbərləri Materials 18 Avqust 2026 09:12 (UTC +04:00)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Filippində Ateneo de Zamboanga Universitetinin məktəbində baş verən atışma nəticəsində azı iki nəfər ölüb.

Bu barədə polisə istinadən ABS-CBN News telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hücum edənin kimliyi müəyyənləşdirilir.

"Manila Bulletin" qəzetinin məlumatına əsasən, atışma zamanı şagirdlərdən biri hadisəni canlı yayımlayıb. Hadisə yerindən çəkilən görüntülərdə naməlum şəxsin məktəbin şagirdlərinə atəş açdığı görünür. Bildirilir ki, ehtimal olunan hücum edən şəxs daha sonra intihar edib.

Bununla belə, hazırda məlum olan ölənlərin sayına hücum edənin də daxil olub-olmadığı dəqiqləşdirilməyib

Məqalədə:

Xəbər lenti

Xəbər lenti