Azərbaycanda maye qazlar istehsalının həcmi məlum olub

İqtisadiyyat Materials 18 Avqust 2026 11:41 (UTC +04:00)
Azərbaycanda maye qazlar istehsalının həcmi məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 107,2 min ton maye qazlar istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 min ton və ya 19,8% azdır.

Bu ilin avqustun 1-i vəziyyətinə ölkənin sənaye müəssisələrinin anbarlarında hazır maye qazlar ehtiyatı 2,6 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 463,2 milyon manat olmaqla, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 4,9 faiz azalıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur Trend-ə özəl müsahibəsində bildirib ki, enerji sektorundan əldə olunan gəlirlər uzunmüddətli iqtisadi dayanıqlığın gücləndirilməsi üçün səmərəli şəkildə idarə olunmalıdır. Cihad Azurun sözlərinə görə, enerji bazarlarında yüksək volatillik şəraitində neft və neft məhsulları sektorundan əldə olunan gəlirlərin səmərəli idarə edilməsi xüsusi əhəmiyyət daşıyır. "Neft və qaz qiymətlərinin yüksək volatilliyi şəraitində yaşayırıq və buna görə qiymət piklərindən həddindən artıq asılılığın qarşısını almaq üçün həmişə qabaqcadan planlaşdırmaq vacibdir", – deyə BVF rəsmisi Trend-ə bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti