Bakı. Trend:
Tovuzda VAZ-2107 markalı avtomobilin su arxına düşməsi nəticəsində sürücü ölüb.
Hadisə Xatınlı kəndi yaxınlığında baş verib. Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cansız bədəni xüsusi avadanlığın köməyi ilə çıxarılıb və müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Ölən şəxsin Səid Həziyev olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları da cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
