Türkiyədə zəlzələ olub

Dünya xəbərləri Materials 19 Avqust 2026 00:17 (UTC +04:00)
Türkiyədə zəlzələ olub

Bakı. Trend:

Türkiyənin Konya vilayətində 3,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Konyanın Halkapınar rayonunda yerli vaxtla saat 20:18-də qeydə alınıb.

Zəlzələnin ocağının 7,1 kilometr dərinlikdə olduğu müəyyən edilib.

Dağıntı və tələfatın olmadığı diqqətə çatdırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti