Bakı. Trend:
2026-cı ilin yanvar-iyul aylarında qanunsuz dövriyyədən ümumilikdə 6 ton 223 kiloqram 519,057 qram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Onların ümumi dəyəri 187 milyon 200 min manat qiymətləndirilir.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1 167,2 hektar sahədə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb:
"Ümumi yaş kütləsi 327 ton 716 kiloqram olan 3 960 601 ədəd belə bitki müəyyən edilərək müvafiq qaydada məhv edilib".
Məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 3 282 nəfər cinayət məsuliyyətinə cəlb olunub:
"Onlardan 3 188-i kişi, 94-ü qadındır. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 33-ü xarici ölkə vətəndaşı olub. Həmin şəxslərdən ümumilikdə 385 kiloqram 433,185 qram müxtəlif növ narkotik vasitə, 974 ədəd həb, həmçinin ümumi çəkisi 880 qram olan 3 ədəd çətənə bitkisi götürülüb".
