Avropada meşə yanğınları ilə mübarizə davam edir

Dünya xəbərləri Materials 17 Avqust 2026 19:21 (UTC +04:00)
Avropada meşə yanğınları ilə mübarizə davam edir
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanda həftələrlə davam edən meşə yanğınlarından sonra yanğın təhlükəsi səviyyəsinin aşağı salınacağı gözlənilir.

Bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, Yunanıstan hakimiyyəti çərşənbə axşamı hava şəraitinin yaxşılaşacağını və bunun yanğın təhlükəsinin 5 ballıq şkala üzrə 2-ci səviyyəyə endirilməsinə imkan verəcəyini bildirib. Attika, o cümlədən Afina, Mərkəzi Yunanıstan və Peloponnesin şimalında isə təhlükə səviyyəsi 3 olaraq qalacaq.

Bu, son həftələrdə yeddi nəfərin ölümü ilə nəticələnən şiddətli meşə yanğınlarından sonra vəziyyətin müvəqqəti yaxşılaşması kimi qiymətləndirilir.

Belçikada isə ərazinin mürəkkəb relyefi yanğınsöndürənlərin işini çətinləşdirir. Xüsusilə bataqlıq ərazilərdə ağır texnikanın hərəkət edə bilməməsi səbəbindən havadan dəstəkdən istifadə olunur.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, meşə yanğınlarından zərər çəkən ölkələrə yardım üçün bir neçə qrup göndərilib.

Məlumata görə, Avropa İttifaqı Belçikaya İsveçdən iki yanğınsöndürmə təyyarəsi, Niderland, Norveç və Almaniyanın hər birindən isə iki helikopter göndərib. İspaniyada yanğınlarla mübarizəyə Fransadan 104 yanğınsöndürən və 36 texnika cəlb olunub. Aİ həmçinin “Copernicus” xidməti vasitəsilə peyk xəritələşdirməsi ilə fövqəladə hallara müdaxilə səylərinə dəstəyini davam etdirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti