İstanbul aeroportu yeni rekorda imza atıb

Dünya xəbərləri Materials 17 Avqust 2026 14:22 (UTC +04:00)
İstanbul aeroportu yeni rekorda imza atıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İstanbul hava limanı (IST) avqustun 16-da Avropada sutkalıq sərnişin axını və uçuşların sayına görə növbəti rekorda imza atıb.

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama məlumat verib.

“İstanbul hava limanı Avropada reyslərin sayı və sərnişin axını üzrə tarixi rekordları bir daha yenilədi. Avqustun 16-da yeni zirvə fəth olundu. Hava limanı 290 287 sərnişinə xidmət göstərib və 1 739 reysi həyata keçirib”, – deyə nazir bildirib.

Qeyd edək ki, əvvəlki rekord avqustun 9-da qeydə alınmışdı. Həmin gün hava limanı 289 732 sərnişinə xidmət göstərmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti