"Qarabağ" yeni mövsümə "Şamaxı" üzərində qələbə ilə başlayıb - Premyer Liqa (VİDEO)

İdman Xəbər 17 Avqust 2026 21:33 (UTC +04:00)
"Qarabağ" yeni mövsümə "Şamaxı" üzərində qələbə ilə başlayıb - Premyer Liqa (VİDEO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.

Turun son oyununda "Qarabağ" komandası "Şamaxı"nı qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı ev sahiblərinin heyətində 28-ci dəqiqədə Renaldo Sefas açıb. Edqar Adilxanov 43-cü dəqiqədə bərabərlik qoluna imza atıb. 59-cu dəqiqədə qonaqların heyətində Rikardo Apolinario avtoqol müəllifi olub. Matçda son nöqtəni 85-ci dəqiqədə Aleksey Kaşuk qoyub.

"Şamaxı" komandası növbəti II turda "Turan Tovuz"un qonağı olacaq. Qarşılaşma avqustun 23-də Tovuz şəhər stadionunda baş tutacaq. II turun "Qarabağ"-"Kəpəz" matçı isə təxirə salınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti