General-mayor Abbasəli Novruzov dəfn olunub (FOTO)

Cəmiyyət Materials 17 Avqust 2026 16:56 (UTC +04:00)
General-mayor Abbasəli Novruzov dəfn olunub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan sərhəd mühafizəsinin inkişafında mühüm xidmətləri olan, “Şöhrət” və “Azərbaycan Bayrağı” ordenli general-mayor Abbasəli Ramazan oğlu Novruzovun dəfn mərasimi keçirilib.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Hərbi Memorial Məzarlıqda keçirilən mərasimdə mərhumun ailə üzvləri, Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyinin rəhbər heyəti, hərbi qulluqçular, veteran sərhədçilər, dövlət qurumlarının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə mərhumun xatirəsi ehtiramla yad edilmiş, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti