Tramp İranı “ağ bayraq” qaldırmağa çağırdı

Dünya xəbərləri Materials 17 Avqust 2026 16:13 (UTC +04:00)
Tramp İranı “ağ bayraq” qaldırmağa çağırdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İran təslim olduğunu bildirən “ağ bayraq” qaldırmalıdır.

Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”un beynəlxalq müxbiri Trey Yinqstlə telefon söhbətində bildirib.

Jurnalist müsahibədə Ağ Evin rəhbərinin İran və Oman arasında gedən dialoqla bağlı fikirlərini öyrənməyə çalışıb.

Trampın cavabı olduqca sərt olub. O, Vaşinqtonun maneə kimi qiymətləndirəcəyi hər hansı addımın atılması halında sultanlığa qarşı hərbi əməliyyat keçirəcəyi ilə hədələyib.

Həmin söhbət zamanı Tramp İran məsələsinə də toxunaraq Tehranın “ağ kapitulasiya bayrağını qaldırmalı olduğunu” bildirib. Bununla yanaşı, prezident İran üçün heç bir zaman çərçivəsi müəyyənləşdirmədiyini və bu məsələdə tələsmədiyini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti