Bakı. Trend:
Kolumbiya Prezidenti Abelardo de la Espriyelya telefon danışığı zamanı ABŞ Prezidenti Donald Trampdan Kolumbiya mallarına tətbiq edilən gömrük rüsumlarının dayandırılmasını xahiş edib.
Bu barədə Kolumbiya Prezidenti "X" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, o, Trampdan ölkə sahibkarlarının zəlzələnin nəticələri səbəbindən üzləşdiyi ağır vəziyyəti yüngülləşdirmək üçün yüksək gömrük rüsumlarının müvəqqəti dayandırılması imkanını nəzərdən keçirməsini istəyib.
Kolumbiya lideri ABŞ prezidentinə artıq göstərilən maliyyə dəstəyi və humanitar yardıma görə dərin minnətdarlığını bildirib.
Donald Tramp isə öz növbəsində faciə qurbanlarının ailələrinə başsağlığı verib və Kolumbiya xalqı ilə həmrəy olduğunu ifadə edib.