Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 8 milyard 32 milyon 904 min ABŞ dolları dəyərində 12 milyon 722 min 591 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 372,7 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından isə 1,7 milyon ton və ya 12,1% azdır.
Dövr ərzində Azərbaycan bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarını ən çox İtaliyaya edib. Belə ki, bu ilin ilk 7 ayında Azərbaycandan İtaliyaya 4,561 milyard ABŞ dolları dəyərində 7,473 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 136,5 milyon ABŞ dolları və ya 3,1% çox, həcm baxımından isə 958 min ton və ya 11,4% azdır.
Bu ilin yanvar-iyul ayıları ərzində Azərbaycandan xam neftin ixrac olunduğu ölkələrin siyahısını təqdim edirik:
|
Ölkə |
İdxal həcmi (ton) | İdxal dəyəri (min ABŞ dolları) |
|
İtaliya |
7 473 413.94 | 4 560 688.09 |
| Çexiya | 802 369.65 | 562 115.58 |
|
Rumıniya |
821 311.27 | 522 201.19 |
| Hindistan | 491 171.24 | 376 114.36 |
| Bolqarıstan | 358 842.99 | 253 113.50 |
| Tunis | 368 916.34 | 225 469.94 |
| Portuqaliya | 395 031.62 | 221 958.01 |
| Almaniya | 360 299.00 | 210 855.82 |
| İsveçrə | 272 501.37 | 193 596.32 |
| Yunanıstan | 284 374.74 | 182 764.51 |
| Digərləri | 1 094 358.82 | 724 026.24 |
