ABŞ-ın rəhbərlik etdiyi Sülh Şurası Qəzza ilə bağlı yeni tələblər irəli sürüb

Dünya xəbərləri Materials 16 Avqust 2026 22:47 (UTC +04:00)
ABŞ-ın rəhbərlik etdiyi Sülh Şurası Qəzza ilə bağlı yeni tələblər irəli sürüb

Bakı. Trend:

ABŞ-nin rəhbərlik etdiyi Sülh Şurası Fələstinin "HƏMAS" hərəkatı silahsızlanma prosesinə başlayacağı təqdirdə, İsrailin Qəzza zolağından "müvafiq qoşun çıxarılmasını" həyata keçirməsini, həmçinin anklava humanitar yardımın çatdırılmasını sürətləndirməsini istəyir.

Bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.

Sülh Şurası HƏMAS-dan silahların təhvil verilməsi və hərbi infrastrukturun ləğvinə başlamasını, Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi üçün beynəlxalq qüvvələrin yerləşdirilməsinə razılıq verməsini, eləcə də anklavın bərpası və yenidən qurulmasına dəstək göstərməsini tələb edir.

"Axios"un məlumatına görə, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner avqustun 16-da Misirdə ölkə rəhbərliyi və HƏMAS nümayəndələri ilə görüşərək onları silahsızlanma ilə bağlı öhdəliklərini yerinə yetirməyə razı salmağa çalışıb.

Tərəflər həmçinin Qəzzada hakimiyyətin texnokrat hökumətə verilməsi və HƏMAS-ın gələcəkdə anklavın idarə olunmasında heç bir rol oynamamasının təmin edilməsi məsələlərini müzakirə ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti