Bakı. Trend:
Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha iki oyunu keçirilib.
Əvvəlcə meydana "Araz-Naxçıvan" və "İmişli" komandaları çıxıblar. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşdə hesab açılmayıb - 0:0.
Digər matçda isə son çempion "Sabah" "Kəpəz"i qəbul edib. Masazırda yerləşən "Bank Respublika Arena"da baş tutan qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Coy-Lens Mikels və Ksander Severina vurublar.
Qeyd edək ki, mövsümün açılış matçında "Turan Tovuz" doğma meydanda "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib. Turun digər oyunları avqustun 16-17-də keçiriləcək.