Beyləqanda kanalda batan 19 yaşlı qızın meyiti tapılıb (YENİLƏNİB)

Gündəm Materials 16 Avqust 2026 12:36 (UTC +04:00)
Beyləqanda kanalda batan 19 yaşlı qızın meyiti tapılıb (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

Beyləqan rayonunda Yuxarı Qarabağ kanalında batan 19 yaşlı qızın meyiti tapılıb.

Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Rəvanə Rəşad qızı Hümbətəliyevanın meyiti hadisənin baş verdiyi ərazidən bir neçə kilometr aralıda, rayonun Kürdlər kəndi ərazisində polis əməkdaşları tərəfindən aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, R.Hümbətəliyeva Beyləqan rayonunun Dünyamalılar kənd sakini olub. Bir müddət əvvəl ailə quran Rəvanə Hümbətəliyeva rayonun II Aşıqlı kəndinə köçüb.

Onun hansı şəraitdə suya düşməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

xxx

11:54

Beyləqanda kanalda batan şəxsin kimliyi məlum olub.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, kanalda batan şəxs 2007-ci il təvəllüdlü Hüseynli Rəvanə Rəşad qızıdır.

Hazırda FHN-in dalğıc-axtarış qrupu Rəvanə Hüseynlinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirlərini davam etdirir.

xxx

15 avqust, 22:11

Beyləqanda su kanalında bədbəxt hadisə baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Yuxarı Qarabağ kanalının rayonun Görüş adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, kanala düşən şəxsin qadın olduğu bildirilir. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Hazırda qadının tapılması istiqamətində tədbirlər görülür və hadisənin digər təfərrüatları araşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti