Bakı. Trend:
Serbiya ərazisində Dunay çayında suyun səviyyəsi son 100-150 ilin ən aşağı həddinə enib ki, bu da meşə yanğınları ilə mübarizəni çətinləşdirir.
Bu barədə ölkənin baş nazirinin müavini, daxili işlər naziri İvitsa Daçiç bildirib.
Onun sözlərinə görə, hazırda Serbiya tarixi bir hadisə yaşayır – Dunayda suyun səviyyəsi son 100-150 ilin minimum göstəricisinə düşüb, halbuki yanğınların söndürülməsi üçün su əsas resursdur.
Serbiyanın DİN rəhbəri qeyd edib ki, hazırda ölkədə 32 yanğın ocağı lokallaşdırılıb. Bununla belə, respublikanın şimal-şərqində yerləşən Deliblat qumluqları qoruğunda alovla mübarizə mürəkkəb relyef səbəbindən çətinləşir.
Ərazidə yanğınların söndürülməsi üçün helikopterlər cəlb olunub. Qoruqda Serbiya Ordusunun hərbçiləri və Niş şəhərində fəaliyyət göstərən Rusiya-Serbiya Humanitar Mərkəzinin mütəxəssisləri çalışırlar.