Neft ixrac edən ölkələr Hörmüz boğazından gizli daşımalar həyata keçirir - KİV

Dünya xəbərləri Materials 17 Avqust 2026 03:56 (UTC +04:00)
Neft ixrac edən ölkələr Hörmüz boğazından gizli daşımalar həyata keçirir - KİV

Bakı. Trend:

Neft ixrac edən ölkələr Hörmüz boğazı vasitəsilə karbohidrogen daşımalarını gizli şəkildə həyata keçirirlər ki, bu da enerji daşıyıcılarının qiymətlərinin artımını məhdudlaşdıran amillərdən biri hesab olunur.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, BƏƏ, Qətər və Küveytdən neft daşıyan tankerlər boğazı keçərkən transponderlərini söndürürlər. Bildirilir ki, bu cür daşımalar artıq bir neçə aydır davam edir.

Bloomberg qeyd edir ki, hərəkətlərin gizli xarakter daşıması səbəbindən boğazdan daşınan neftin dəqiq həcmini müəyyən etmək çətindir. Bununla belə, bu göstəricinin bazarın gündəlik 4 milyon barel həcmində qiymətləndirdiyi rəqəmdən daha yüksək ola biləcəyi ehtimal edilir.

Agentlik vurğulayır ki, bu cür tankerlərin hərəkəti onlara zərbələrin endirilməsi riski ilə müşayiət olunur.

Məlumata əsasən, münaqişə başlayandan bəri Əbu-Dabi Milli Neft Şirkətinə məxsus 23 gəmi hücuma məruz qalıb. Nəticədə bir nəfər həlak olub, daha 20 nəfər yaralanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti