Bakı.Trend:
Mərakeşdən olan yüzlərlə miqrant İspaniyanın Seuta şəhərində etiraz aksiyası keçirib və şəhərdə qalmağa icazə verilməsini tələb edib.
Bu barədə “Reuters” məlumat yayıb.
Miqrantlar əllərində İspaniya bayraqları və “Mərakeşə qayıtmaq istəmirik”, “Biz də insanıq” yazılmış plakatlarla küçələrə çıxıblar. Onların çoxu hazırda kontinental Avropaya keçmək imkanı gözləyərək çimərliklərdə və şəhərkənarı ərazilərdə yaşayır.
İspaniya hakimiyyəti bildirir ki, qanunsuz yollarla gələn şəxslərə olduqca nadi istisna hallarında Seutada qalmağa və ya materikə keçməyə icazə verilməyəcək.
