Bakıda mağazanın tavanı uçub, bir nəfər dağıntı altında qalıb (VİDEO)

Hadisə Materials 15 Avqust 2026 10:59 (UTC +04:00)
Bakıda mağazanın tavanı uçub, bir nəfər dağıntı altında qalıb (VİDEO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda mağazanın tavanı uçub, bir nəfər dağıntı altında qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, nazirliyin “112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində mağazada uçqun baş verməsi barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, mağazanın tavanının uçması nəticəsində 1989-cu il təvəllüdlü Miriyeva Gülnar Məhəmməd qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər".

"Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti