Türkiyənin Diyarbəkir vilayətində ağır yol qəzası - ölən və yaralananlar var

Dünya xəbərləri Materials 15 Avqust 2026 12:59 (UTC +04:00)
Türkiyənin Diyarbəkir vilayətində ağır yol qəzası - ölən və yaralananlar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Haber7”-nin verdiyi məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində mikroavtobus yol kənarına aşıb.

Qəza nəticəsində 3 nəfər həyatını itirib, 11 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə barədə məlumat daxil olduqdan sonra qəza yerinə təcili tibbi yardım və jandarm qüvvələri cəlb olunub. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra ətrafdakı xəstəxanalara çatdırılıb.

Qəza ilə bağlı araşdırma başlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti