Azərbaycanda iqlim dəyişiklikləri ilə bağlı xərclər 1,4 milyard manatı ötüb

İqtisadiyyat Materials 14 Avqust 2026 17:33 (UTC +04:00)
Azərbaycanda iqlim dəyişiklikləri ilə bağlı xərclər 1,4 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorları üzrə iqlim dəyişikliyi ilə əlaqəli xərclər 1 milyard 407,1 milyon manat təşkil edib.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, həmin vəsaitin 95,3 faizi və ya 1 milyard 340,8 milyon manatı qarışıq (neytral) xərclərə aid olub. Bu kateqoriyaya müxtəlif ekoloji meyarlar üzrə həm müsbət, həm də mənfi təsirlərə malik tədbirlər daxil edilib.

İqlim dəyişikliyi ilə əlaqəli xərclərin 66,3 milyon manatı və ya 4,7 faizi isə xalis yaşıl xərclər olub.

İqlim məqsədləri üzrə bölgüyə əsasən, ümumi xərclərin 1 milyard 387,1 milyon manatı adaptasiya, 20 milyon manatı isə mitigasiya tədbirlərinə yönəldilib.

Beləliklə, iqlim maliyyələşməsində əsas prioritetin iqlim dəyişikliklərinin təsirlərinə uyğunlaşma tədbirləri olduğu görünür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti