Pakistan və Azərbaycan münasibətləri dostluq və qarşılıqlı hörmətə əsaslanır – səfir

Siyasət Materials 14 Avqust 2026 10:05 (UTC +04:00)
Pakistan və Azərbaycan münasibətləri dostluq və qarşılıqlı hörmətə əsaslanır – səfir
Nilcan Baxşəliyeva
Nilcan Baxşəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan və Azərbaycan arasında möhkəm dostluq münasibətləri qarşılıqlı hörmət, mədəni əlaqələr və xalqlar arasında sıx təmaslar əsasında qurulub.

Trend-in müxbiri xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasim Məhiyəddin Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında bildirib.

Q. Məhiyəddin Pakistanın müstəqil dövlət kimi yaranmasının tarixi əhəmiyyətini qeyd edərək, ölkənin qurucularının azadlıq və gələcək nəsillərin rifahı naminə böyük fədakarlıqlar etdiyini vurğulayıb.

Səfir, həmçinin Pakistan və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində mədəni və təhsil əlaqələrinin rolunu xüsusi qeyd edib. O bildirib ki, Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində urdu dili kafedralarının fəaliyyət göstərməsi bu istiqamətdə mühüm göstəricilərdən biridir.

“Dostluq və qarşılıqlı hörmətə əsaslanan məhz bu əlaqə bizim qardaşlığımızın təməlidir”, – deyə Məhiyəddin bildirib.

Diplomat Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiyini ifadə edib.

Sonda Məhiyəddin Pakistanın Müstəqillik Günü tədbirində iştirak edən qonaqlara təşəkkürünü bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti