Etna vulkanının püskürməsi yerli sakinləri və turistləri əraziyə cəlb edib (VİDEO)

Dünya xəbərləri Materials 13 Avqust 2026 02:28 (UTC +04:00)
Etna vulkanının püskürməsi yerli sakinləri və turistləri əraziyə cəlb edib (VİDEO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 12-də Siciliya adasında Etna vulkanının püskürməsi çoxsaylı insanı əraziyə cəlb edib. Püskürmə nəticəsində kül tullantıları Kataniya hava limanında hava nəqliyyatının fəaliyyətinə maneələr yaradıb.

Çoxsaylı yerli sakinlər və turistlər möhtəşəm təbiət mənzərəsini izləmək üçün əraziyə axın ediblər.

Etnanın sonuncu püskürməsi avqustun 7-si, cümə günü baş verib. Buna baxmayaraq, Avropanın ən hündür aktiv vulkanından yayılan qara tüstü hələ də Kataniya hava limanında hava nəqliyyatına təsir göstərir.

Kataniya hava limanını idarə edən SAC şirkətinin məlumatına görə, “Kataniya hava limanından həyata keçirilməsi və hava limanına enməsi planlaşdırılan bütün uçuşlar sabah saat 16:00-dək dayandırılacaq”.

"Giornale di Sicilia" qəzetinin məlumatına görə, avqustun 8-dən 11-dək artıq 700-dən çox uçuşun həyata keçirilməsində maneə yaranıb.

Etna Siciliyanın əsas turizm məkanlarından biridir. 2024-cü ildə Kataniya beynəlxalq hava limanından təxminən 12 milyon sərnişin keçib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti