Bakının bəzi ərazilərində işıq olmayacaq

Cəmiyyət Materials 14 Avqust 2026 08:59 (UTC +04:00)
Bakının bəzi ərazilərində işıq olmayacaq

Bakı. Trend:

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 14-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisindəTransformator Məntəqəsində (TM) təmir işi aparılacaq.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Məmməd Rəhim, Landau, Qurban Xəlilov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti