Kolumbiyada zəlzələ qurbanlarının sayı 265-ə çatıb

Dünya xəbərləri Xəbər 13 Avqust 2026 03:30 (UTC +04:00)
Kolumbiyada zəlzələ qurbanlarının sayı 265-ə çatıb

Bakı. Trend:

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində azı 265 nəfər həlak olub, 496 nəfərin itkin düşdüyü bildirilir.

Bunu ölkə Prezidenti Abelardo de la Esprielya son vəziyyətlə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 3494 nəfər xəsarət alıb. Bundan başqa, 11 min 347 ev dağılıb, 53 min 526 evə ziyan dəyib, 140 bina uçub. Ümumilikdə 179 tibb müəssisəsinin konstruksiyalarına zərər dəyib.

Abelardo de la Esprielya zəlzələ ilə əlaqədar "iqtisadi fövqəladə vəziyyət" elan etmək niyyətində olduğunu açıqlayıb. Bu tədbir ona parlamentdən keçmədən vergi tətbiq etmək və büdcəyə dəyişikliklər etmək imkanı verir.

"Bu böhranın öhdəsindən lazımi şəkildə gəlmək üçün Konstitusiyamızda nəzərdə tutulan mexanizm olan iqtisadi fövqəladə vəziyyətə müraciət etmək qərarına gəldim", — deyə o, mətbuat konfransında bildirib və bunu "fəlakətdən zərər çəkmiş ərazilərin bərpası və yenidən qurulması üçün çağırış" kimi qiymətləndirib.

Qeyd edək ki, avqustun 10-da Kolumbiyanın qərbində, Çoko departamentində yerləşən San-Xose-del-Palmar şəhəri yaxınlığında 7,4 maqnitudalı zəlzələ baş verib. Zəlzələdən sonra axtarış-xilasetmə işləri davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti