Bakı Metropoliteni 300-ə yaxın vaqon alacaq

Cəmiyyət Materials 13 Avqust 2026 11:23 (UTC +04:00)
Bakı Metropoliteni 300-ə yaxın vaqon alacaq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Metropoliteni 2030-cu ilədək Bənövşəyi xətt üçün 300-ə yaxın yeni vaqon almağı planlaşdırır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Bakı Metropoliteninin baş mühəndisi Namiq Yusubov Dərnəgül elektrik deposunda II mərhələ üzrə işlərin tamamlanması və ilk xətti qatarın qəbulu prosesi ilə bağlı təşkil edilən mediaturda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, yeni hərəkət tərkiblərinin alınması yalnız Bənövşəyi xəttlə məhdudlaşmayacaq.

“Hazırda Bakı Metropolitenində 71 qatar tərkibi mövcuddur. Bənövşəyi xətdə köhnə qatar tərkibləri istismar olunur. 2030-cu ilədək həmin xətt üzrə 300-ə yaxın vaqonun alınması nəzərdə tutulub. Qırmızı və Yaşıl xətlərdə qatarlararası intervalın azaldılması üçün həyata keçirilən infrastruktur layihələri başa çatdıqca bu xətlər üçün də əlavə qatarların alınması nəzərdə tutulur.

Yusubov bildirib ki, Qırmızı xətdə “İçərişəhər” stansiyasında dalan yolunun tikintisi intervalın azaldılmasına imkan verəcək. Yaşıl xətdə isə gələcək Y-14 və Y-15 stansiyalarının tikintisi və dönmə kamerasının yaradılmasından sonra qatarların daha sıx intervalla hərəkətinin təşkili mümkün olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti