Bakıda 28 may küçəsində yerləşən mağazada yanğın baş verib

Hadisə Materials 13 Avqust 2026 06:28 (UTC +04:00)
Bakıda 28 may küçəsində yerləşən mağazada yanğın baş verib

Bakı. Trend:

Bakıda 28 may küçəsində yeləşən mağazada yanğın baş verib.

Obyektə qeydə alınan alov qısa müddət sonra ətrafdakı evlərə keçib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) dövlət yanğındansöndürmə xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidməti dərhal əraziyə cəlb olunub.

Digər mənzillərdə yaşayan sakinlər təxliyə edilib. Yanğın qısa müddətdə söndürülüb, xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti