Bakı. Trend:
Qlobal xam neft hasilatının 2026-cı ildə gündəlik 74,89 milyon barel təşkil edəcəyini proqnozlaşdırılır.
Bu barədə ABŞ Energetika Nazirliyinin ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) “Qısamüddətli enerji proqnozu” adlı may hesabatında qeyd edilib.
Rüblər üzrə qurumun hasilat proqnozuna nəzər saldıqda, 2026-cı ilin birinci rübündə qlobal xam neft hasilatının gündəlik 77,27 milyon barel, ikinci rübdə gündəlik 71,27 milyon barel, üçüncü rübdə gündəlik 73,96 milyon barel, dördüncü rübdə isə gündəlik 77,08 milyon barel olacağı proqnozlaşdırılır.
Bununla yanaşı, qurumun 2027-ci il üçün qlobal xam neft üzrə hasilat proqnozu isə gündəlik 81,27 milyon barel təşkil edir. EİA-nın proqnozlarına əsasən, 2027-ci ilin ilk rübündə qlobal xam neft hasilatının gündəlik 80,08 milyon barel, ikinci rübdə gündəlik 80,95 milyon barel, üçüncü rübdə gündəlik 81,60 milyon barel, dördüncü rübdə isə gündəlik 82,43 milyon barel olacağı proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13,270 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 421,8 min ton və ya 3,1 faiz azdır.
Hesabat dövründə xam neft hasilatının ümumi həcmindən 13,236 milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə 424,2 min ton və ya 3,1% azdır.
Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 19,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz azalıb.
Energetika Nazirliyinin məlumatına əsasən, hesabat dövründə Azərbaycanda hasil edilmiş hasilatın 7,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,7 milyon tonu “Şahdəniz”in, 0,3 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,4 milyon ton təşkil edib.
Bildirilib ki, bu dövrdə 10,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 9,5 milyon tonu konsorsiumun, 0,7 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə JOCAP-ın payına düşüb.
Qeyd edilib ki, bu ilin 6 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (449 min barrel), kondensat hasilatı 12 min ton (103 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 73 min ton (552 min barrel) olub.
Hesabat dövründə neftin emalı 2,9 milyon ton təşkil edib.
