"Sabah" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib

İdman Materials 11 Avqust 2026 22:03 (UTC +04:00)
"Sabah" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib

Bakı. Trend:

"Sabah" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Azərbaycan çempionu III təsnifat mərhələsinin cavab matçında Danimarkanın “Orxus” klubunu qəbul edib.

“Bank Respublika Arena”da oynanılan qarşılaşma "Sabah"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda bütün qollar ikinci hissədə vurulub. Velko Simiç, Stiv Silve, Coy-Lens Mikels və Ksander Severina fərqləniblər.

İlk oyunda 1:2 hesablı məğlubiyyətə baxmayaraq, cavab matçında rəqibini 4 cavabsız qolla üstələyən "Sabah" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Komanda bununla həm də ən azı Avropa Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, "Sabah" pley-off mərhələsində "Srvena Zvezda" (Serbiya) - "Hapoel" (Ber-Şeva, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. İsrail klubu ilk görüşdə 1:0 hesablı qələbə qazanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti