İran Hörmüz boğazının açılması üçün ABŞ-yə şərtlərini irəli sürüb

Dünya xəbərləri Materials 12 Avqust 2026 02:27 (UTC +04:00)
İran Hörmüz boğazının açılması üçün ABŞ-yə şərtlərini irəli sürüb

Bakı. Trend:

İran vasitəçilər vasitəsilə ABŞ-yə Hörmüz boğazının açılması ilə bağlı şərtlərini çatdırıb.

Bu barədə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi məlumat verib.

“Tasnim” agentliyinin sitat gətirdiyi açıqlamaya görө, ABŞ davranışını dəyişməyincə və Tehranın tələblərini qəbul etməyincə boğaz açılmayacaq. Əsas şərtlərə Livan və Qəzza zolağı da daxil olmaqla regiondakı müharibələrə son qoyulması və İranın dondurulmuş vəsaitlərinin geri ödənilməsi daxildir.

Rezai həmçinin vurğulayıb ki, İran ilə Oman arasında Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşma boğazın ümumi açılması məsələsinə heç bir şəkildə təsir göstərməyəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti